Şah İsmayıl «Xətai» təxəllüsünü hardan götürüb?

  1. Ana Səhifə
  2. Blog Ətraflı

Şah İsmayıl «Xətai» təxəllüsünü hardan götürüb?

Azərbaycan xalqının öz  soykökü, milli dili və mədəniyyəti özəyində qol-budaq atmasında Şah İsmayıl Xətainin xidməti əvəzsizdir.

Şah İsmayılın özünə təxəllüs götürdüyü Xətai sözünün açılması belə bir qaranlıq sahəni aydınlaşdırmaq, Səfəvilərin timsalında təsdiq olunan dövlət və mədəniyyətin tarixini min-min beş yüz il qabağa çəkmək üçün imkan yaradır.

Azens.az saytının məlumatına görə, şairin nəyə görə Xətai təxəllüsü götürməsi barədə indiyədək müxtəlif yorumlar olmuş, onu gah xəta-bəlaya düçar olmaq mənasında, gah da xəta eləməklə bağlı şəkildə izah etmişlər. Ancaq araşdırmalar göstərir ki, bu təxəllüs həmin yorumaların heç biri ilə səsləşmir.

Şərq mədəniyyətinin tanınmış bilicisi, qocaman xalça sənətkarımız Lətif Kərimov daşoyma və ilmə sənətindəki xətai naxışlarından danışarkən, bu barədə maraqlı məlumat verərək göstərir ki, Azərbaycan mədəniyyətinin yaraşığı olan xətai sözü ərəb kəliməsi olub “bəla, zaval” anlamını verən xəta kəliməsilə deyil, Xatay və ya xatan adlanan türk ulusu ilə əlaqədardır. Azens.az saytının məlumatına görə, yalnız Şah İsmayılın təxəllüsü yox, onun əcdadı Səfəvilər nəsli də qədim dünyanın ən mədəni və cəsur tayfalarından biri olan xataylardan törəmişdir.

Xataylar haqqında ən tutarlı və geniş bilgilər Çin qaynaqlarındadır. Xataylar X əsrdən başlayaraq Yapon dənizindən tutmuş Baykal gölünə, Orta Çindən İssık-kula qədər imperiya yaratmağa başlamışlar. Artıq onlar X yüzilliyin sonlarına yaxın Şərqi Çinin hakimləri olublar. Xataylar islam dinini qəbul edib müsəlman paltarı geyir və yerli türk tayfaları ilə qarışmışlar.