
Kamran Aydəmirov
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam, rəqəmlərlə çətinliyi olan hər kəsə öz dəstəyimi təklif edirəm

Tahir Haciyev
2001-2005 ci illərdə BDU nun Tətbiqi riyaziyyat fakultəsinin bakalavrını , 2007-2010 cu illərdə Gəncə Dövlət Universitetində Magistr təhsili almışam.
2006-2009 cu illərdə Araz Kurslarında riyaziyyat və məntiqdən
2009-2012 ci illərdə Kainat Tədris Mərkəzində riyaziyyatdan
2012-2017 ci illərdə Kaspi Təhsil Mərkəzində riyaziyyatdan dərs deyirəm.
Fərdi şəkildə riyaziyyatdan, Türkiyə universitetlətinə YÖS dən, ALES dən magistraturaya Məntiqdən hazırlıq keçirəm.
Vüsalə Nəzərova
1998-ci ildə "Xəzər Universiteti"- nin Humanitar Elmlər fakültəsinə daxil olmuşam. 2001- ci ildə bitirmişəm.
2003-2007 ci İllərdə ADMİU-da təhsil almışam, Fərqlənmə Diplomu ilə məzun olmuşam. Universitetdə oxuduğum illərdə tələbələrə səhnə danışığından fərdi məşğul olmuşam.
1999- cu ildən etibarən davamlı olaraq şagirdlərə ingilis dilindən fərdi dərs demişəm. Bele ki, 6-7 sinif şagirdləri ilə İngilis dilindən fərdi məşğul ola bilerem. Qrammatikanı çox asan şəkildə izah edirem.
2010-2013-cü illərdə Özəl Uşaq baxçasında ingilis dilindən dərs demişəm. Məktəbəqədər uşaqlarla tədris metodikasına yiyələnirəm.

Sultanağa Mirzəyev
Fərdi qaydada riyaziyyat fənnindən V-X sinif şagirdlərini hazırlaşdırıram. Dərslər həftədə 3 dəfə olmaqla, gündə 1.5 saat keçirilir. Dərs deməyə razılıq verdiyim şagirdlərin yüksək səviyyədə hazırlığına təminat verirəm.

Könül Cəfərova
Mən Könül Cəfərova. Bakalavr təhsilimi Qafqaz universitetində Riyaziyyat müəllimliyi (ENG) üzrə bitirmişəm. Hal hazırda Bakı istedadlar təhsil kompleksində Riyaziyyat müəllimi kimi işləyirəm.