4 Azn

1 saat

Vəli Vəliyev

Bakı
image description
  • Doğum Tarixi:

    1956-12-15

  • Yaş:

    61

Bu müəllimdən dərs almaq üçün Qeydiyyatdan keçmək və ya Giriş etmək lazımdır

4 Azn

1 saat

Vəli Vəliyev

Bakı

Haqqında

1974-cü ildə orta məktəbi bitirmişəm və həmin ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam.

1983-1984-cü illərdə Moskva şəhərində Timiryazev adına Akademiyada İqtisadi kibernitika üzrə tam kursu bitirmişəm.

1985-1989-cu illərdə Azərbaycan Elmi-Tədqiqat  institutunda aspiranturanı bitirmişəm.

1993-cü ildə Azərbaycan Respublikasında test sisteminin tətbiqinə başlanıldıqdan sonra  “Test üsulu ilə qəbul imtahanlarına hazırlaşmaq üçün abituriyentlərə riyaziyyatdan kömək” adlı metodiki vəsaitin müəllifiyəm.

2007–ci ildə Bakı Pedaqoji Kadrlarının İxtisasartırma İnstutunda riyaziyyatdan xüsusi təhsil üzrə ixtisasımı artırmışam.

2010 - cu ildə riyaziyyatın tədrisində interaktiv metodların tətbiqi üzrə ixtisasartırma kursunu keçmişəm.

2011–ci ilin fevralından 2014–cü ilin iyuluna kimi   Bakı  Pedaqoji Kadrların  İxtisasar­tır­ma  və Yenidənhazırlanma İnstitutunda orta məktəb müəllimləri üçün “Riyaziyyat və onun tədris metodikasında interaktiv təlim üsulları” üzrə mühazirəçi olmuşam.

2013–cü il tarixində Bakı  şəhərində fənn kurikulumunun tətbiqi ilə əlaqədar təşkil olunmuş “Öyrədənlərin öyrədəni” təlimi kursundan keçərək Riyaziyyat fənni üzrə “Təlimçi” statusu almışam.

2013–cü ildə “Riyaziyyatdan testlər” adlı hazırladığım kitab Təhsil Nazirliyi tərəfindən metodiki vəsait kimi təsdiq edilmişdir və çap edilərək şagirdlərin və abituriyentlərin istifadəsinə verilmişdir.

2014–cü ildə “Riyaziyyat və məntiq” adlı yeni layihəni hazırlamışam və bu layihəm də Təhsil Nazirliyi tərəfindən dəyərləndirilmiş və dərs vəsaiti kimi təsdiq edilmişdir. Eyni zamanda “Riyaziyyat və Məntiq” dərs vəsaitinin yeni variantını işləyib hazırlamışam və dərs vəsaiti kimi təsdiq olunmuşdur. Hazırda layihənin ikinci hissəsi üzərində işləyirəm. 

Ailəliyəm, 3 övladım var.

 

Fənlər

  • Riyaziyyat

    Qiyməti: 4 Azn / saat

    Müddəti: Həftədə 6 saat dərs keçirəm.

    Mündəricat: Həftədə 3 dəfə olmaqla hər dərs 2 saat tədris olunur (Cəbr-2 dəfə, Həndəsə-1 dəfə). Dərslərdə orta məktəb dərsliklərindən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Test Toplusu"dan və öz kitabım - "Riyaziyyat və Məntiq" kitabından istifadə edirəm.

Təhsil

  • Mexanika Riyaziyyat

    1974 -- 1979

    Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunuyam. .

  • İdarəetmədə Stoxastik modellərin tətbiqi

    1985 -- 1989

    Azərbaycan Elmi-Tədqiqat İnstitutu

    1985-1989-cu illərdə Azərbaycan Elmi-Tədqiqat institutunda aspiranturanı bitirmişəm..

  • İqtisadi Kibernetika

    1983 -- 1984

    Timiryazev adına Moskva Akademiyası

    1983-1984-cü illərdə Moskva şəhərində Timiryazev adına Akademiyada İqtisadi kibernitika üzrə tam kursu bitirmişəm. .

İş Təcrübəsi

  • Riyaziyyat müəllimi

    2006 -- 2017

    179 nömrəli orta məktəb
  • Baş elmi işçi

    1982 -- 2005

    Elmi-Tədqiqat İnstitutu