MÜƏLLİMLƏR

  1. Ana səhifə
  2. Müəllimlər
image description
6 Azn1 saat

Kamran Aydəmirov

Bakı

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam, rəqəmlərlə çətinliyi olan hər kəsə öz dəstəyimi təklif edirəm

image description
5 Azn1 saat

Nuranə Qasımzadə

Bakı

 Adım Qasımzadə Nuranə.. 1989-cu ildə Bakıda doğulmuşam. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində İngilis dili və Ədəbiyyatı ixtisası üzrə, magistr təhsilimi isə Azərbaycan Universitetində MBA üzrə almışam.

image description
5 Azn1 saat

Sərxan Rüstəmov

Bakı

Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirmişəm. 

image description
0 Azn1 saat

Samir Mammadov

Bakı

Salam,
Mən əsasən Skype vasitəsilə online, fərdi dərslər verirəm. Dərslər əsasən danışıq istiqamətlidir. Həmçinin IELTS və Pre-IELTS dərsləri də mümkündür.

image description
5 Azn1 saat

Ülvi Əyyamzadə

Bakı

Mən Əyyamzadə Ülvi 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam.

Bakalavr təhsilimi BDU, Magistr təhsilimi DİA-da almışam.

Son 3 ildir Magistr hazırlığı sahəsində Məntiq və İnformatika fənlərini fərdi və müxtəlif tədris mərkəzlərində tədris etmişəm.

3 ildə onlarla tələbəm respublikamızın ali təhsil müəssisələrinə qəbul olmuşdur. 

image description
8 Azn1 saat

Asurey Ramazanova

Bakı

Regionşünaslıq fakültəsinin Almaniyaşünaslıq ixtisası üzrə bakalavr təhsili almışam. Universiteti bitirdikdən sonra 2 il Almaniyada yaşamışam (kurs keçmişəm və işləmişəm). Son iki ildir ki, Azərbaycandayam. Bir neçə təhsil mərkəzində alman və ingilis dili üzrə fərdi və qrup dərslərində, conversationlarda moderator kimi fəaliyyət göstərirəm. İnsanlarla ünsiyyəti sevdiyimdən, pedaqoqikaya marağım olduğundan bu sahə ilə məşğul oluram. 

Dil öyrənmək sadəcə bir ilinizi alar, amma ömür boyu sizə xidmət edər :)

Sevgilərlə, Aşurey.

image description
4 Azn1 saat

Vüsalə Nəzərova

Abşeron

1998-ci ildə "Xəzər Universiteti"- nin Humanitar Elmlər fakültəsinə daxil olmuşam. 2001- ci ildə bitirmişəm.

2003-2007 ci İllərdə ADMİU-da təhsil almışam, Fərqlənmə Diplomu ilə məzun olmuşam. Universitetdə oxuduğum illərdə tələbələrə səhnə danışığından  fərdi məşğul  olmuşam.

1999- cu ildən etibarən davamlı olaraq şagirdlərə ingilis dilindən fərdi dərs demişəm. Bele ki, 6-7 sinif şagirdləri ilə İngilis dilindən fərdi məşğul  ola bilerem. Qrammatikanı çox asan şəkildə izah edirem.

2010-2013-cü  illərdə Özəl Uşaq baxçasında ingilis dilindən dərs demişəm. Məktəbəqədər uşaqlarla tədris metodikasına yiyələnirəm. 

image description
0 Azn1 saat

Anar Namazov

Bakı

IGCSE və A-level proqramları 

image description
40 Azn1 saat

Təhminə Seyidova

Bakı

Adım, Seyidova Təhminə. 1995-ci ildə Naxçıvanda doğulmuşam. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, 2016-cı ildə Filologiya fakültəsindən məzun olmuşam.

 

 

image description
15 Azn1 saat

Aydan Abbasova

Bakı

Mən, Abbasova Aydan Bakı Musiqi Akademiyasının magistr pilləsini fortepiano fakültəsi üzrə bitirmişəm. Pianoda çalmaq istəyən həm həvəskar, həm də professional ifaçılarla məşğul oluram. Dərslər həm Azərbaycan, həm də rus dillərində keçirilir. Solfecio, harmoniya, musiqi ədəbiyyatı və fortepianoda ifa üzrə dərslər keçirəm. Yaşından və ifa səviyyəsindən asılı olmayaraq, həm uşaqlar, böyüklər, həvəskar və ya professional ifaçılar müraciət edə bilərlər.